​İtkin düşən biznesmenin meyiti tapıldı - Namus cinayəti

 
Türkiyənin Bodrum şəhərində 9 gündür itkin düşən 46 yaşlı biznesmen Əli Özdəmirin cəsədi tapılıb.
 
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, Bodrumda “Qumsal Beach Klub”un sahibi, eyni zamanda un məmulatları və şirniyyat istehsalı ilə məşğul olan şəbəkənin rəhbəri olan Özdəmirin keçmiş ortağı tərəfindən qısqanclıq zəminində öldürüldüyü üzə çıxıb.
 
Biznesmenin bir müddət öncə intihara cəhd edən Mustafa adlı ortağı ilə yanaşı onun həyat yoldaşı Tuğba və qayınatası saxlanılıb. Restoran sahibi olan Mustafa polisə gedərək cinayət törətdiyini etiraf edib.
Şübhəli şəxs ilkin ifadəsində Əli Özdəmiri həyat yoldaşı ilə münasibəti olduğuna görə öldürdüyünü deyib. O, Əli Özdəmirlə eyni evdə yaşadığını və həyat yoldaşı ilə birgə yataqda tutduğunu bildirib: “Bir müddətdir həyat yoldaşım və Əli Özdəmirlə bağlı dedi-qodular eşidirdim, amma inanmırdım. Həm həyat yoldaşıma, həm də dostuma güvənirdim. Ancaq onları bir gün yataqda görəndə şoka düşdüm. Aldanmaq beynimi gəmirirdi və bu cinayəti işlədim. Vicdan əzabı çəkdiyim üçün intihar edib ölmək istəyirdim, amma bacarmadım”.
 
Qeyd edək ki, 46 yaşlı biznesmenin cəsədi Pedasa dağının ətəklərində tapılıb. Cəsədin yerini polislərə Mustafanın özü göstərib.
 
Müəllif: Kəmalə

Загрузка...
Загрузка...