İtaliyanın Veneto vilayətinin parlamenti Krımı Rusiya ərazisi kimi tanıdı

İtaliyanın Veneto (Venesiya) vilayətinin parlamenti Krımın Rusiya ərazisi kimi tanınması və Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların aradan qaldırılması ilə bağlı qətnamə qəbul edib.
Turaninfo.az  Rusiya mətbuatına istinadən xəbər verir ki, qəbul edilmiş qətnamə İtaliya parlamentinə və Avropa Parlamentinə göndəriləcək. Bunu sənəd üzrə səsvermənin təşəbbüskarı, deputat Stefano Valdeqamberi deyib.
«Məni bu gün çox adam təbrik edib. Təbrik edənlərin arasında Avropa Parlamentinin üzvləri də var. Onlar da bizim qətnamə ilə razıdırlar və hesab edirlər ki, Avropa İttifaqının siyasəti dəyişməlidir», - Valdeqamberi deyib.