İtaliyada zəlzələ nəticəsində ölənlərin sayı 278 nəfərə çatıb

 
İtaliyada zəlzələ nəticəsində ölənlərin sayı, son məlumata görə, 278 nəfərə çatıb.
 
APA-nın məlumatına görə, bu barədə RAİ telekanalı xəbər verib.
 
Təbii fəlakət nəticəsində 387 nəfər xəsarət alıb.
 
Dağıdıcı zəlzələdən sonra İtaliyanın mərkəzində yeraltı təkanlar davam etməkdədir. Bölgədə axtarış-xilasedici əməliyyat davam edir.