İtaliyada tibb bacısı 13 xəstəni öldürdü

İtaliyada 13 xəstənin ölümündə şübhəli bilinən tibb bacısı həbs olunub.
55 yaşlı Fausta Bonino Pombino şəhərindəki xəstəxanada anesteziologiya və reanimatologiya bölmələrində çalışırdı.
61-88 yaş aralarında olan xəstələr 2014-2015-ci illər ərzində tibb bacısının onlara verdiyi dərman preparatından ölüblər. Bəzi məlumatlara görə, söhbət xəstələrdə güclü qanaxma yaradan antikoaqulyantlar gedir.
Polis bir neçə həftə tibb bacısının fəaliyyətini nəzarətdə saxlayıb. Hüquq-mühafizə orqanlarının kiçik bir xəstəxanda ölüm saylarının çox olması cəlb edib.
Araşdırmalar zamanı məlum olub ki, Bonino ölən xəstələrin hamısı ilə əlaqədə olub. (oxu.az)