İtaliya siyasətini dəyişdirən şəxs vəfat etdi

İtaliya siyasətinə şəffaflıq, yenilikçi və gənc bir baxış qazandırmağa nail olan "5 Ulduz Hərəkatı"nın iki qurucularından biri olan Canroberto Kasalecco həyatını itirib.
Turaninfo.az Musavat.com-a istinadən  xəbər verir ki, komediyaçı, aktivist və işadamı Beppe Qrillo ilə klassik partiyalara qarşı 2009-cu ildə "5 Ulduz Hərəkatı"nı (M5S) quran Canroberto Kasalecco 62 yaşında vəfat edib. İki il əvvəl beynindən əməliyyat olan C.Kasalecco bir müddətdir ki, müalicə alırdı.
"5 Ulduz Hərəkatı" 2013-cü ildə qatıldıqları ilk seçkilərdə klassik siyasətçilərə böyük zərbə vurmuşdu. Həmin il parlamentə 163 vəkil gətirən 5 Ulduz, özünü nə sağçı, nə də solçu adlandırmadı.
Bu hərəkat qısa bir müddət ərzində “ümidsizlərin ümidi”, “gələcəklərini görməyən gənclərin səsi” olaraq tanınmağa başladı.
Italiya prezidenti Sercio Matarella, Canroberto Kasalecconun vaxtsız ölümündən duyduğu kədəri dilinə gətirərək, onun yenilikçi və arzulu bir siyasətçi olduğunu vurğulayıb.