İƏT Bakıda BMT-nin VII Qlobal Forumu çərçivəsində bir sıra tədbirlər keçirəcək

İslam Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti aprelin 25-27 Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edəcək.
İƏT-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, təşkilat forum çərçivəsində bir sıra tədbirlər keçirmək niyyətindədir. O cümlədən "ekstremizmin qarşısının alınması üçün multikulturalist perspektivlərin təşviqi" sessiyası təşkil ediləcək. Sessiyada mədəniyyət, sosial və ailə işləri üzrə baş direktor Mehla Əhməd Talebna iştirakçılara İƏT-in baş katibi İyad Amin əl Madaninin müraciətini oxuyacaq.
Bundan əlavə, İƏT forum çərçivəsində "Qüds: sivilizasiyaların vəhdəti" adlı sərgi də keçirəcək. İzləyicilərə 50-yə yaxın tarixi şəkil təqdim olunacaq.