İsveçrədə bank hesabı olanlar YANDI

 
Fransa hökuməti xaricdə bank hesabları olan və bu barədə vergi dairələrinə hesabat verməyən vətəndaşları barədə araşdırmalara başlayıb.
 
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Maliyyə Nazirliyi İsveçrənin  UBS bankında hesabları olan Fransa vətəndaşlarının siyahısını istəyib.
 
Nəşrin yazdığına görə, nazirlik 45 min Fransa vətəndaşının bu bankda hesabının olduğunu və bu hesablarda 10 milyard avronun olduğunu təxmin edir.
 
Xatırladaq ki, 2009-cu ildə zəngin amerikalıların vergi qaçaqmalçılığına yardım etdiyi üçün USB bankı ABŞ Ədliyyə Nazirliyi ilə qarşı-qarşıya gəlmişdi. Bank məhkəmə iddiasının qaldırılmamasına əvəz olaraq ABŞ-a 780 milyon dollar ödəməyi qəbul etmişdi.