İsveç millisi Türkiyəyə İbrahimoviçsiz gəldi - FOTOLAR

Futbol üzrə Türkiyə millisi ilə yoldaşlıq oyunu keçirəcək İsveç millisi Antalyadadır.
Turaninfo.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, axşam saatlarında Antalya hava limanında güclü təhlükəsizlik tədbirləri altında isveçli futbolçular onları gözləyən avtobusa miniblər.
İsveç millisinin türk əsilli futbolçuları Erkan Zengin və Cimmi Durmaz jurnalistlərin suallarını cavabsız qoyub.
İsveç yığmasının ulduz oyunçusu Zlatan İbrahimoviç Türkiyəyə hələn heyətdə yer almayıb.