İstəyərdim Qarabağla bağlı ümidverici söz deyim... - Nazir

 
Təəssüf ki, Dağlıq Qarabağ münaqişənin həllində ləngimə var.
 
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov italiyalı həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib.
 
O bildirib ki, Sankt- Peterburq görüşündən sonra irəliləyişə ümid var idi: “Bizdə ümid yaranmışdı ki, düz istiqamətdə işləyirik və nəticə ola bilər. Təəssüf ki, Ermənistan tərəfi irəliləyişə hazır deyil. Özləri də deyirlər ki, status-kvonu dəyişməyə hazır deyillər.  Hazırda Hamburqda görüş planlaşdırılır. Həmsədrlərin belə bir təklifi var. Azərbaycan tərəfi Hamburqda görüşə razılıq verib. İstəyərdim ümidverici söz deyim, amma görünür Ermənistan tərəfi məsələni ləngidir".