İştirakçılar çılpaq yarışacaq: Yeni “Survivor” … – VİDEO – FOTOLAR+18

 
Almaniyanın “RTL” telekanalında nümayiş olunacaq “Survivor” proqramı böyük marağa səbəb olub.
 
A24.Az xəbər verir ki, “X Factor”, “Fear Factor” kimi proqramlarda olduğu kimi, bu yarışmada da iştirakçılar təbiət qoynunda təbii imkanlar hesabına mübarizə aparacaq.
 
Lakin digər verlişlərdən fərqli olaraq, bu yarışmada iştirakçılar lüt yarışacaq. Artıq yarışmada iştirak edəcək şəxslərin adına da aydınlıq gəlib.
 
Yaxın günlərdə ekranlara gələcək verlişin bəzi anons və fotoları internetə sızıb. Yerli media yazır ki, telekanal daha çox tamaşaçı kütləsi toplamaq və bu tipli digər proqramları reytinq siyahısında qabaqlamaq üçün iştirakçıların qarşısında lüt mübarizə aparmaq şərtini irəli sürüb.