İstirahət günləri baş verən yol qəzalarında 4 nəfər ölüb, 12 nəfər xəsarət alıb

İstirahət günlərində Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, aprelin 23-də respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 11 nəfər xəsarət alıb.
 Aprelin 24-də respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
 Hər bir faktla bağlı araşdırma aparılır.