İstanbulda terror aktı yeni hadisələrin xəbərçisidir

İyunun 28-də Istanbulda hava limanında baş vermiş terror aktını Türkiyənin böyük dövlətlərin və region ölkələrinin və yerli – dini, etnik, mafiya oyunçularının maraqlarının yenidən formalaşdırılmasında Türkiyənin mühüm rol oynadığı Ön Asiya regionunda yeni hadisələrin xəbərçisi adlandırmaq olar.
 
2015-ci ildən etibarən regional münaqişələrə bir qədər neytral olan Türkiyə Suriya və Iraqdakı hərbi əməliyyatlara fəal şəkildə cəlb olunur, Kürd Işçi Partiyasına qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayır. Partlayış ərəfəsində isə Israil və Rusiya ilə münasibətlərin normallaşdırılması mərhələsinin başladığı haqqında məlumatlar daxil olur. Bu onu göstərir ki, bu teatrda hərbi-siyasi əməliyyatlar kulminasiya nöqtəsinə çatıb və aparıcı oyunçuların ilk növbədə maraqlarının yenidən formalaşdırılmasının hərbi fazasının yekunlaşması, ikincisi isə 2019-cu ildə qlobal iqtisadi böhranın başa çatması ərəfəsində regional təhlükəsizlik və maraqların yeni konturlarının formalaşdırılması üzrə razılaşdırılmış addımlar atmasını tələb edir.
 
Güclü Türkiyənin həm sərhədləri daxilində, həm də bütünlükdə regionda əsas düşməni olan kürd separatçıları bunu yaxşı başa düşür və regional anarxiyadan özünün maksimum kürd dövləti yaradılması və minimum kürd etnosunun region dövlətlərində – Iraq, Suriya, Türkiyə və Iranda nüfuzunun və maraqlarının güclənməsini ehtiva edən maraqları üçün istifadə edib.
 
 
Hazırkı mərhələdə ABŞ, Rusiya, Türkiyə, Israil, ərəb dünyasının razılıq əldə etməsi hələ Türkiyə, Suriya, Iraq və Iranda həm ölkədaxili proseslərə, həm də bütünlükdə regional siyasətə təsir göstərmək qabiliyyəti olan sabit şaxələnmiş mərkəzlər formalaşdırılmasını yekunlaşdırmayan kürdlərin maraqlarına uyğun deyil.
 
Türkiyə liderlərinin bəyanatları IŞID-lə yanaşı, kürd amilinin də Istanbuldakı terror aktında iştirakına işarə edir. Baxmayaraq ki, hələlik heç kim terror aktına görə məsuliyyəti üzərinə götürməyib.
 
“Bu hadisə bir daha aydın şəkildə göstərdi ki, terror qlobal təhlükədir”, deyə Türkiyə baş naziri Binəli Yıldırım hava limanında təşkil edilmiş brifinqdə bildirib. Yıldırım qeyd edib ki, terror aktı “terrorçulara-separatçılara qarşı mübarizədə” ölkəni uğurun müşayiət etdiyi bir vaxtda baş verib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu hücum döyüşçülərə qarşı qlobal mübarizədə dönüş nöqtəsi olmalıdır.
 
Ankara öz ərazisində kürd separatizminə qarşı daha cidd-cəhdlə mübarizə aparmaq, Iraq və Suriyada kürd iddialarını zəiflətmək üçün mütləq bu hadisədən istifadə edəcək. Türk qoşunlarının Iraqın sərhəd rayonlarına və Suriyanın Şimal rayonlarına daxil olacağını və onların artıq mövcud olan beynəlxalq koalisiya ilə birgə fəaliyyətini gözləmək olar. Israil və Rusiya, ABŞ və Qərbi Avropa ilə müəyyən konsensus əldə edilməsi fonunda bu addımlar səmərəli ola bilər.
 
Türkiyə rəsmi mənbələrinin məlumatına görə, Ərdoğan və Putin iyunun 29-da telefon söhbəti zamanı “regionda siyasi-iqtisadi və humanitar böhranlar qarşısında qarşılıqlı fəaliyyətin və ikitərəfli münasibətlərin inkişafı istiqamətində səylərin zəruriliyi barədə razılığa gəliblər. Tərəflər ikitərəfli münasibətlərin bərpa edilməsində və terrorizmə qarşı birgə mübarizə aparılmasında qətiyyətli olduqlarını qeyd ediblər”.
 
“Turan” Analitik Xidməti