İstanbulda partlayış: Ölən və yaralananlar var - YENİLƏNİB

İstanbulda baş vermiş partlayışın səbəbləri bilinib.
Turaninfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayışa ərazidə yerləşən "Cihan Pars" avtomobil qalereyasına gələn qrup ilə içəridəkilər arasında olan dava səbəb olub.
Belə ki, mübahisənin böyüməsi davaya səbəb olub. Tərəflərin birinin əl bombası atması isə, bir nəfərin ölməsinə, bir neçə nəfərin yaralanmasına gətirib çıxarıb.
Aparılan sorğulardan bəlli olub ki, tərəflər arasında bir müddətdir ki, münaqişə yaşanır.
Faktla bağlı İstanbul polisi əməliyyat - axtarış tədbirlərinə başlayıb.
İstanbulda əl bombasının partlaması nəticəsində bir nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Musavat.com-un verdiyi məlumata görə, hadisə İstanbulun Florya deyilən ərazisində baş verib.
İlkin məlumatlara görə, əl bombasının partlaması nəticəsində bir nəfər həlak olub, bir neçə nəfər müxtəlif bədən xəsarətləri alıb.
Əlavə məlumat veriləcək.