İstanbulda bomba 10 dəqiqə gec partlasaydı...

 
Türkiyənin İstanbul şəhərinin Yenibosna bölgəsində motosiklə quraşdırılan bomba 10 dəqiqə gec partlasaydı daha böyük faciə baş verəcəkdi.
 
Axar.az xəbər verir ki, bunu hadisə şahidi Mətin Alev adlı birisi deyib.
 
O, partlayışın baş verdiyi ərazidən 30 metr uzaqlıqda olduğunu bildirib:
 
“Hadisə 10 dəqiqə gec olsaydı böyük faicə ilə üzləşərdik. Yaxınlıqda 2 məktəb yerləşir. Şagirdlərin dərsdən çıxmasına sadəcə 10 dəqiqə qalmışdı”.
 
Qeyd edək ki, terrk aktında 10 nəfər yaralanıb.