İstanbulda alış-veriş mərkəzində atışma- 2 nəfər yaralandı

İstanbulda naməlum şəxslər ticarət mərkəzində atəş açıblar.
Turaninfo.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə “Metroport” ticarət mərkəzində baş verib.
Bildirilir ki, vaxtilə “Metroport” ticarət mərkəzində çalışmış təhlükəsizlik əməkdaşı öz kürəkəni ilə mübahisə etdikdən sonra ona odlu silahdan atəş açıb.
Nəticədə, həmin şəxs ağır yaralanıb. Sonra atəş açan şəxs özünü ayağından vurub.
Hər iki şəxsin xəstəxanaya yerləşdirildiyi, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.