İstanbul teraktı: Polis özünü bombanın üstünə atdı - Video

Dünya mediası türk polis əməkdaşının Atatürk Hava Limanında terror törədən kamikadzenin üstünə atılaraq başqalarını qorumaq üçün özünü qurban verməsindən yazıb.
 Axar.az xəbər verir ki, bu haqda NBC Nyus kanalının müxbiri məlumat yayıb.
 O, partlayışdan bir neçə saniyə əvvəl qəhrəman polisin özünü terrorçunun üstünə atmasından yazıb.
 Hadisə ilə bağlı İngiltərənin “Deyli Meyl” qəzeti də məlumat yayıb.
 Qeyd edək ki, görüntülərdə bir deyil, iki polis əməkdaşının terrorçu ilə mücadiləsi əksini tapıb.