İstanbul havaya UÇURULACAQDI - NATO-dan XAİN ADDIM

Baxış sayı: 
188

İstanbulda böyük qətliama səbəb olacaq terror hücumun qarşısı Milli İstihbarat Təşkilatı (MİT) və polisin birgə əməliyyatı ilə alınıb.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, dünən Bahçelievlərdə keçirilən əməliyyatla park halında olan avtobusda 60 kiloqram bomba ələ keçirilib.
Müəyyən edilib ki, PKK terrorçuları bombanı E-5 avtomobil yolunda çevik polis güclərinin olduğu avtobusun yanında partlatmağı planlaşdırırdı. Əldə edilən məlumata görə, terrorçu avtobusu Bahçelievlərdəki küçədə əməliyyatdan 30 saat əvvəl saxlayıb. Avtobusun uzaqdan verilən komando ilə patladılma ehtimalı nəzərə alınaraq siqnal kəsən qurğulardan istifadə olunub. MİT və polis əməkdaşları pusquda dayanaraq avtobusun yanına gələn terrorçunu tutublar.
 
 
Daha sonra ərazini mühasirəyə alan qruplar terrorçu ilə birgə hərəkət edən müşahidəçini E-5 avtomobil yolunda tutublar. İki terrorçunun əlaqələrini öyrənən təhlükəsizlik gücləri Bağçılar və Esenyurt başda olmaqla, 4 mahalda 5 nöqtədə eynivaxtlı əməliyyat keçirib. Nəticədə, 3 qadın olmaqla, 8 terrorçu həbs olunub.
İlk araşdırmalardan sonra bombaların RDX, PENT və HMX tipli olduğu müəyyən edilib. NATO arsenalında olan bombaların PKK tərəfindən asanlıqla əldə edilməsi diqqət çəkir. Daha əvvəl Beşiktaşda 39 polisin ölümünə səbəb olan terror aktında RDX tipli bombadan istifadə edilmişdi. RDX-yə əlavə olaraq istifadə edilən PTN və HMX tipli bombalar partlayışın gücünü dəfələrlə artıra bilir.
"Yeni Şəfəq" nəşrinin yazdığına görə, MİT və polisin əməliyyatı ilə keçirilən bomba yüklü avtobus və kamikadzenin hədəfində İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə toplantısı olduğu ortaya çıxıb. Dekabrın 13-də keçrilən toplantıda 16 ölkə başçısı olmaqla, 48 ölkədən nümayəndə iştirak edib. ABŞ-ın Qüdslə bağlı qərarının etiraz olaraq keçirilən toplantıda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edirdi.
Ömər Dağlı

Загрузка...
Загрузка...