İstanbul fəthinin gizli tarixi üzə çıxdı

1453-cü ildə İstanbulun fəth edilməsi ilə bağlı maraqlı tarixi detal üzə çıxıb.
 Publika.az xəbər verir ki, indiyə qədər tarixdə Fateh Sultan Məhmədin gəmilərinin qurudan keçirməsinin səbəbi kimi qalanın böyük zincirlərlə əhatələnməsi göstərilirdi.
 Lakin “Yeni Şəfəq” qəzetinin yazarı Yusif Kaplan əsil səbəbin başqa olduğu iddiasını irəli sürüb.
 “İstanbulun fəthi yalnız sahilə çıxılacağı təqdirdə mümkün olacaqdı. Amma o vaxt əhəmiyyətli problem var idi. Belə ki, sahildə çox sayda mülki əhali yaşayırdı. Osmanlı şeyxülislam mülki əhalinin üzərinə gedilməsinə fitva vermədi və Sultan Məhmədə “məsum insanları öldürmək olmaz, başqa bir yol tap” dedi. Fateh də gəmiləri qurudan keçirmək fikrinə bundan sonra gəldi”, - o bildirib.