İsrailli nazir müavini: Kürdüstan dövlətini təcili yaratmalıyıq

İsrail müstəqil Kürdüstan dövlətinin qurulması üçün hər cür köməklik edə bilər.
 Axar.az xəbər verir ki, bu sözləri İsrailin İqtisadi İnkişaf nazirinin müavini Ayoob Kara deyib. Nazir müavini hökumətin “kürd sənədləri”ni araşdırmaq üçün komissiya qurduğunu açıqlayıb:
 “Müstəqil Kürdüstan dövlətinin təcili qurulmasının tərəfdarıyam. Dünya kürdlərin yaşadıqlarından xəbərsizdir. İsrail müstəqil Kürdüstan dövlətinin qurulması ilə bağlı danışıqlara yardım edə bilər. Bunun üçün bölgədəki dövlətlərin razılığı lazımdır”.