İsrailli diplomat: ABŞ və Rusiya Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində maraqlıdır

Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü və danışıqlar prosesinin bərpası şübhəsiz ki, müsbət faktordur.
Bunu Trend-ə İsralin "NATİV" xüsusi xidmət orqanının sabiq rəhbəri, diplomat Yakov Kedmi deyib.
Onun sözlərinə görə, Vyana görüşü hadisələrin təbii inkişafıdır, çünki əsas geosiyasi oyunçular - ABŞ və Rusiya münaqişənin tezliklə həllində maraqlıdır.
Ekspert hesab edir ki, tərəflər məsələnin hərbi həll yoluna əl atmaq istəmirlər.