İsrailin paytaxtında silsilə terror aktları törədilib — 4 ölü 10 yaralı

İsralin paytaxtı Tel-Avivin müxtəlif bölgələrində atışma səsləri yüksəlib.
Ölkə.Az İsrail mediasına istinadən xəbər verir ki, bir neçə qrup terrorçu Tel-Avivin müxtəlif rayonlarında odlu silahdan insanlara atəş açıblar.
Ortodoks yəhudi paltarı geyinmiş terrorçuların açdığı atəş nəticəsində 4 nəfərin öldüyü, 10 nəfərin yaralandığı bildirilir.
Məlumata görə, terrorçulardan biri polis tərəfindən vurulub və hazırda yaralı olaraq xəstəxanadadır. Hələlik terror aktını heç bir qruplaşma öz üzərinə götürməyib.
Hadisənin detalları araşdırılır.

Загрузка...
Загрузка...