İsraildən şok etiraf: Suriyada nüvə reaktorunu vurduq – Video

Baxış sayı: 
219

İsrail on il yarım əvvəl Suriyada nüvə reaktorunu bombaladığını etiraf edib.
 
Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun bəyanatında deyilib.
 
Məlumata görə, əməliyyat 2007-ci ildə sentyabrın 5-dən 6-na keçən gecə baş verib. Praktiki olaraq tamamlanmış müəssisə Deyr əz-Zor əyalətində Dəməşqin 280 mil şimal-şərqində yerləşib.
 
“4 ədəd F-16 təyyarəmiz yalnız İsrail deyil, bütün region üçün yaranan təhlükəni zərərsizləşdirdi”, - bəyanatda bildirilib.
 
İsrail məlumatı bu zamana qədər gizlətməsinə səbəb kimi ərazinin uzun müddət İŞİD terror qruplaşmasının nəzarətində qalmasını göstərib.
 

Загрузка...
Загрузка...