İsraildən Azərbaycana gələn bu dərmanı qəbul edən 5 GÜN SONRA ÖLÜR - RƏSMİ CAVAB - VİDEO

Baxış sayı: 
262
0  
0  

“Paracetamol 500” adlı dərman İsraildən ölkəmizə idxal edilib. Bunu içəndə ilk 5 gün adam özünü çox yaxşı hiss edir, sonra isə qəfildən dünyasını dəyişir. Bu, insanları öldürmək üçün göndərilib. Diqqətli olun, bu məlumatı hər kəsə göndərin".
Son günlər Vatsap istifadəçiləri arasında yayılan səs yazısında bu xəbərdarlıq edilib. Bu səs yazısı qısa zamanda istifadəçilər arasında yayılıb. Qış aylarında yüksək temperatur və ağrılara qarşı ən çox ehtiyac duyulan “Paracetamol” haqqında yayılan informasiyalar narahatlığa səbəb olub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Publika.az-a açıqlamasında zaman-zaman sosial şəbəkədə bu cür məlumatların yayıldığını, lakin onların həqiqəti əks etdirmədiyini dedi.
Nazirliyin Analitik Ekspertiza Mərkəzi Beynəlxalq əlaqələr və İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Esmira Əkbərova Publika.az-a açıqlamasında “Paracetamol 500” tərkibli dərman vasitələrindən Analitik Ekspertiza Mərkəzinə şikayət daxil olmadığını dedi:
“Azərbaycan Respublikasında İsrail istehsalı olan “Paracetamol 500” qeydiyyata alınmayıb və idxal olunmayıb. İdxal olunan paracetamol tərkibli (Paracetamol 500mg) dərman vasitələri bunlardır: Paracetomol Sofarma- “Sofarma” SC, Bolqarıstan (tablet), Parasetamol – Tatximfarmpreparati ASC, Rusiya Frderasiyası (tablet), Parasetomol – Farmstandart-Leksredstva ASC, Rusiya Federasiyası (tablet), Efferalqan – Bristol-Mayers Skvibb, Fransa (fışıldayan tablet), Panadol – QlaksoSmitKlayn Konsyumer Xelzkeya, Böyük Britaniya (örtüklü tablet)”.

Загрузка...
Загрузка...