İsraildən 10 ölkə İDDİASI: “BU HƏLƏ BAŞLANĞICDIR”

Baxış sayı: 
146

 
İsrail xarici işlər nazirinin köməkçisi, səfirliklərini Qüdsə köçürmək istəyən ən az 10 ölkə ilə təmasda olduqlarını deyib.
 
İsrail radiosuna açıqlama verən nazir müavini Hotovely, səfirliklərin Qüdsə daşınması məsələsində "Bəziləri Avropada olmaqla, ən az 10 ölkə ilə təmasdayıq" iddiasını irəli sürüb.
Hotovelynin açıqlaması Qvatemalanın ABŞ-dan sonra dünən səfirliyini Qüdsə köçürəcəyini elan edən 2-ci ölkə olmasının ardından gəldi.
Radioya müsahibəsində Trampın açıqlamasının səfirliklərin Qüdsə daşınması məsələsində bir dalğaya təkan verəcəyini iddia edən Hotovely, "Bunlar yalnız başlanğıcdır" deyə, bildirib.
İsrailin baş naziri Benyamin Netanyahu da dünən verdiyi açıqlamada "Digər ölkələr də Qüdsü İsrailin paytaxtı olaraq tanıyacaq və səfirliklərini köçürəcəklərini elan edəcəklər. 2-ci bir ölkə bunu etdi və başqaları da olacaq. Bu sadəcə başlanğıcdır və bu çox mühümdür" deyib.
Nazir müavini Hotovely bu 10 ölkənin adları barədə heç bir açıqlama verməyib, ancaq İsrail radiosu diplomatik mənbələrə əsaslanaraq bu ölkələr arasında Filippin, Rumıniya və Hondurasın olduğunu iddia edib.
Fələstin Xarici İşlər Nazirliyi isə Qvatemalanın səfirliyini Qüdsə daşıma qərarını utancverici və qeyri-qanuni deyə qiymətləndirib.
Müxalifət.az
 

Загрузка...
Загрузка...