İsraildə ən populyar kişi adı Məhəmməd oldu! - Gözlənilməz

 
 
İsraildə son bir ilin ən çox yayılmış kişi adı İslam Peyğəmbərinin (s) adı oldu.
 
Moderator.az Rusiya mediasına istinadla yazır ki, bu haqda Əhalinin Qeydiyyatı və İmmiqrasiya İdarəsinin hesabatında məlumat verilib. 
 
Yəhudi təqvimi ilə 5777-ci ilin ən məşhur kişi adı gözlənilmədən Məhəmməd  olub. İkinci yeri yenə də müsəlman adı olan Yusuf tutub.  Daha sonra  David, Daniel, Udi, Ömər, Eytan, Ariel, Noam və Adəm adları gılir.
 
Qız adları arasında isə artıq 4-cü ildir ki, ən populyar Tamar adı olur.
 
Sultan Laçın

Загрузка...
Загрузка...