İsrail və ABŞ küçələrində qatil klounlar dolaşır... - FOTOLAR

Baxış sayı: 
281
0  
0  

Planetdə insanlara aqressivliyi, qatil olmaq həvəsini təlqin edən İslamdır, yoxsa Qərbin “demokrat”, “liberal” təfəkkürü?..
 
 
Bəzilərinin can-fəşanlıqla  guya Aşura mərasimlərinin müsəlmanları gözdən saldığını təbliğ etdiyi bir zamanda mədəni, sivil, demokratik hesab etdiyimiz ABŞ, Avropa, eləcə də İsrailin küçələrində qorxunc qiyafəli qatil klounlar dolaşır.
 
Moderator.az İsrail mediasına istinadla  xəbər verir ki, ölkənin Xolon, Dimon və Rişon le-Sion şəhərlərində polis tərəfindən eybəcər görünüşlü təlxək, kloun  maskalarında dolaşan onlarla yeniyetməni həbs edilib.  Həmçinin  Beer-Şev, Aful və s. yaşayış məntəqələrində də bu cür anormal yeniyetmə və gənclər görünüb. Beer-Şevdə“təlxək”lər  öz rəfiqəsi ilə gəzməyə çıxmış 10 yaşlı qızın üzünə gözyaşardıcı qaz buraxıblar. Uşağın anası təcili yardım və polis çağırıb, lakin cinayətkarları yaxalamaq mükün olmayıb.
 
Afulda əlində bıçaq tutmuş qatil klounun video - görüntüləri internetdə yayılıb. Çərşənbə axşamı bütün gün ərzində Beer-Şevdə qatil klounların insanlara hücumlarının  video-yazıları paylaşılıb. Və s.
İsrail KİV yazır ki, bir çox müasir(?) Qərb ölkələrində olduğu kimi, burada da uşaq və gənclər baş qəhrəmanı qatil kloun olan “O”(özü də bu ad ingilis, rus və  bəzi digər dillərdə orta cinsli(!) “o” kimi səslənir-S.L.) filminin təsiri altına düşüblər.
 
 
Xatırladaq ki, hələ 2015-ci ilin sentyabrında kloun paltarı geyinən və başlarında təlxək maskası olan şəxslərin ABŞ-ın müxtəlif şəhərlərində “qurban”larını qorxutduqları prank videoları ilə tanınan  bir qrupun(təbliğ ounmaması üçün adını çəkmirik-S.L.) videoları yayılmışdı. Özü də maraqlıdır ki, həmin videolar  oktyabrın 2-də bir anormal psixikalı “ağsaqqal”ın  60-a yaxın amerikalını qətlə yetirdiyiLas-Veqas şəhərində çəkilmişdi. Bu dəhşət qrupunun “YouTube”dakı kanalının 3,5 milyon daimi təqibçisi, “Facebook”-dakı səhifəsinin isə 500 mindən artıq daimi oxucusu var. Qrupun videolarına indiyədək 500 milyona yaxın baxış qeydə alınıb...
 
P.S. İndi İslam dinindən qorxanlar düşünsün; insanlara aqressivliyi, qatil olmaq həvəsini, əxlaqsızlığı və digər qeyri-bəşəri xüsusiyyətləri İslam, yaxud hansısa digər gerçək səmavi din təlqin edir, yoxsa dünyanı müharibələrə, qırğınlara bələməklə yanaşı, qorxunc, əxlaqsız, porno-filmlər, intihara təhrik edən kompüter oyunları hazırlayıb yayan “demokrat”, “liberal” təfəkkürlü sələmçi super güclər...
 
Sultan Laçın

Загрузка...
Загрузка...