İsrail Qüdsə girərsə, mütəşəkkil orduyla müdaxilə ediləcək..." - KADIROVDAN SƏRT XƏBƏRDARLIQ

Baxış sayı: 
175

 
Muxalifet.az sputnik-ə istinadən xəbər verir ki, Ramzan Kadırov: “Bu qərar İsraili daha yeni, daha güclü və təşkilatlanmış savaşın içinə atacaq”
 “ABŞ prezidenti Donald Trampın Qüds şəhəri ilə bağlı qərarı İsraili müharibənin içinə atacaq”. Bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov sosial şəbəkədə yazıb.
“Əminliklə deyə bilərəm ki, Trampın heç bir məntiqə sığmayan qərarı İsrail dövlətini qanlı qarşıdurmanın daha yeni, daha güclü və təşkilatlanmış savaşın içinə atacaq. Bu cür bəyanatlar neçə illər ərzində Yaxın Şərqdəki vəziyyəti nizamlamaq istəyən ölkələrin kürəyinə endirilən zərbədir” — Kadırov diqqətə çatdırıb.
“ABŞ liderinin siyasətini necə başa düşək? Çox sadə. Öz “dünya düzəni” üçün İraq və Suriya ərazisində terror yuvaları yaradanın kimliyinə dair şübhə yeri qalmadı” – o, əlavə edib. sputnik.az

Загрузка...
Загрузка...