İsrail polisləri müsəlman həkimləri döydü - VİDEO

Baxış sayı: 
155
0  
0  

 
 
Yaralılara və onlara yardım etmək istəyən tibb əməkdaşlarına qarşı belə zorakılıq heç bir əxlaqi və hüquqi normaya sığmır…
 
Fələstində işğal olunmuş Qərbi Şəriyədəki Ramallah şəhərində yaralı fələstinlilərə yardım etmək istəyən tibb işçilərini amansızlıqla döyən İsrail polislərinin hərəkətləri hiddət doğurub. Moderator.az bu haqda Rusiya mediasına istinadla xəbər verir. 
 
“RİA Novosti”nin təqdim etdiyi  video-kadrlardan polislərin həkimlərin yaralıya yardım etmələrinə imkan vermədiyi aydın görünür. Onlar öz borcunu yerinə yetirmək istəyən tibb əməkdaşlarını ayaqları ilə təpikləyir,  avtomatlarla vurur, səs  qumbaraları atır və onları silahla hədələyirlər. Və bütün həmin  vaxt ərzində digər polislər yaralını amansızlıqla yerdən tərpənməyə qoymur.
 
Rəsmi güc strukturları tərəfindən həkimlərə və yaralı insanlara qarşı bu cür zorakılıq aktı heç bir bəşəri və beynəlxalq hüquqi normalara sığmır.
 
Qeyd edək ki, dekabrın əvvəlində oxşar hal Qüdsdə də yaşanmışdı. Orada həkimlərlə yanaşı jurnalsitlər də döyülmüşdü.
 
Sultan Laçın

Загрузка...
Загрузка...