İsrail 10 il əvvəl şikəst etdiyi 16 yaşlı fələstinli qıza vətəndaşlıq verdi - FOTOLAR

 
 
İsrail 10 il əvvəl şikəst etdiyi 16 yaşlı fələstinli  qıza vətəndaşlıq verib.
 
Moderator.az-ın İsrail mətbuatına istinadən verdiyi xəbərə görə, Qəzza sakini Mariya Əmman bu həftə İsrailin vətəndaşı olub.
 
Əmman 10 il öncə İsrail ordusunun atdığı raketin qurbanı olub. Belə ki, həmin dövrdə israilli əsgərlər terrorçuluqda şübhəli bildikləri İslam cihadı təşkilatının üzvlərini izləyirmiş. Onlar maşına oturaraq hərəkət edən zaman İsrail ordusunun əsgərləri maşın istiqamətinə iki raket atıblar, raketlərdən biri Mariya Əmmanın olduğu maşına dəyib. Nəticədə maşında olan Mariya Əmman ağır yaralanıb. Mariyanın anası, 3 bacısı və bir qardaşı hadisə yerində keçinib. Zavallı qızcığazın  atası və özü isə ağır yaralanıb. İsrail ordusu səhv etdiyini etiraf edərək Mariya Əmmanın və atasının müalicəsini üzərinə götürüb. Uzun müddət müalicədən sonra Mariya özünə gəlib, amma o, ömrünün qalan hissəsini əlil arabasında keçirməli olacaq.

Загрузка...
Загрузка...