İsrafil İsrafilova Türkiyədə vəzifə verilir

 
 
Akademik Milli Dram Teatrının keçmiş direktoru İsrafil İsrafilova Türkiyədə vəzifə veriləcək.
 
Publika.az-ın əldə etdiyi məlumata görə, keçmiş direktor Türkiyədə məşhur teatrlardan birinə rəhbərlik edəcək. İ.İsrafilovun birdəfəlik qardaş ölkəyə köçdüyü də deyilir.
 
Publika.az-a açıqlamasında keçmiş direktor Türkiyədə fəaliyyət göstərdiyini etiraf edib: “Bir müddətdir ki, dəvətlə qardaş ölkədəyəm. Burda ustad dərsləri keçirəm. Azərbaycana da gəlib-gedirəm. Türkiyədə teatrların birinə rəhbərliklə bağlı danışıqlar gedir. Tam qərar veriləndə sizə də xəbər edəcəm”.