“İspanların yerinə biz olsaydıq, indi siyasi sanksiyalar göydə uçuşurdu” - Aydın Mirzəzadə

Baxış sayı: 
220
0  
0  

“İspaniyanın Kataloniya bölgəsində baş verən hadisələr Qərbin məsələlərə hər zaman ikili standartlarla yanaşmasına bariz nümunə oldu. Həmçinin bu hadisə Qərbin müəyyən dairələrinin ikiüzlü siyasətini ortaya qoydu”.
Bu sözləri Publika.az-a millət vəkili Aydın Mirzəzadə söyləyib.
Millət vəkili İspaniyada 850 nəfərə yaxın insanın öz haqlarını tələb etmək uğrunda zorakılıqlara məruz qaldığını xatırladaraq Qərbin insan hüquqlarına münasibətini şərh edib:
“İnsanların üzərinə təhlükəsizlik qüvvələri göndərildi, hətta 3 nəfər dünyasını dəyişdi. Bütün bu məsələlərə Qərb susmaqla cavab verdi, insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlar isə məsələyə tamamilə biganə qaldılar.
Bu proseslər əyani şəkildə sübut edir ki, insan haqları məsələsinə Qərbin iki münasibəti var: birincisi, daim təzyiq altında saxlamaq istədiyi ölkələrə münasibəti; ikincisi, insan haqlarının pozulduğu ölkələrdəki münasibətlərə göz yummaq siyasəti.
Əlbəttə ki, bu cür yanaşma yolverilməzdir və Qərbin mövqeyini heç bir məsələdə möhkəmləndirə bilməz.
Referendumun qanuni, yaxud qanunsuz olması tamamilə başqa məsələdir. Təbii ki, İspaniyanın ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır. Ancaq buarada ən vacib məqam sadə vətəndaşların zorakılığa məruz qalmasıdır. Məhz bu zorakılığa laqeyd münasibət göstərməklə Qərbin müəyyən dairələri öz iç üzünü göstərmiş oldu.
Bu hadisələrin onda biri hər hansı inkişaf etməkdə olan ölkədə, yaxud Asiya ölkələrinin birində baş versəydi, hazırda etirazların, sanksiyaların, qətnamələrin tətbiq edilməsi ilə bağlı çağırışların sayı-hesabı olmazdı.
Bizim ölkəmizdə İspaniyadakına bənzər hadisəyə rast gəlmək mümkünsüzdür. Çünki bizdə ən ümdə məsələ insan faktorudur. Bizim təcrübəmizdə hüquqa, insanların fikirlərinə hörmət, problemlərin hüquqi çərçivədə həllini tapması məsələləri həmişə əsas diqqət mərkəzində olub. Azərbaycan hər zaman insan faktorunu önə çəkir və bundan sonra belə olacaq.
Lakin Azərbaycanda Kataloniyada baş verən hadisələrin cüzi hissəsi baş versəydi, bu dəqiqə bizə qarşı siyasi təzyiqlər havada uçuşurdu. Hətta birbaşa Azərbaycanla bağlı olmayan məsələləri belə Azərbaycanın boynuna qoymağa çalışardılar".
Millət vəkili bildirib ki, Avropa gözünü açıb reallıqlara yaxşı-yaxşı baxmalıdır:
"Bilməlidir ki, eyni bir məsələyə iki fərqli dəyərləndirmə etmək öncə onun öz nüfuzuna xələl gətirir.
Hesab edirəm ki, İspaniyada insan haqlarının pozulmasına etiraz bildirməli idi. İspaniya hökumətinə üzv olduğu Avropa Şurasının dəyərlərinə uyğunlaşmaq və riayət etmək çağırışı edilməli, həmçinin, beynəlxalq konvensiyaların şərtləri hökumətə xatırladılmalı idi.
Təəssüf ki, bu maddələrin heç birini görmədik. Bunun əvəzində isə İspaniyada baş verən hadisələrin elə İspaniyanın içində əriyib getməsinə şahid olduq”.
Zümrüd

Загрузка...
Загрузка...