İspaniyada katalon məmurların həbsi başlandı

İspaniyanın mülki qvardiyası Kataloniyada müstəqillik haqqında referendum hazırlığına görə 12 məmuru saxlayıb.
Publika.az xəbər verir ki, bu haqda hökumətdəki mənbələrə istinadən “Pais” nəşri bildirib.
Saxlanılar arasında telekommunikasiyalar və informasiya, sosial məsələlər, xarici işlər, iqtisadiyyat və maliyyə idarələrinin əməkdaşları var. Saxlanılanların bəziləri referendum haqqında materialların yayılmasında ittiham olunur.
Hazırda Katalon hökuməti və digər idarələrdə axtarışlar aparılır. Qvardiyaçılar referendumun hazırlığı ilə bağlı sənədləri axtarırlar.
Podemos Partiasının katalon bölməsinin başçısı Ksaver Domenek kataloniyalıların müstəqilliyi və hüquqlarının müdafiəsi üçün bütün gücləri səfərbər etməyə çağırıb. Onun sözlərinə görə, bu həbslər bütün sərhədləri keçib.
Qeyd edək ki, Kataloniya muxtar qurumu oktyabrın 1-də müstəqillik referendumu keçirməyi planlaşdırır. İspan hökuməti referendumu tanımır. İspaniyanın Konstitusiya Məhkəməsi səsvermə üzrə bütün sənədlərin hüquqi qüvvəsini dayandırıb. Beləliklər, referendumun hazırlığı üzrə katalon hakimiyyətinin bütün sonrakı hərəkətləri qanunsuzdur.
Ömər Dağlı

Загрузка...
Загрузка...