İsmayıllıda yaşayan Əsgərovlar ailəsi qorxu içərisindədir, səbəb isə... FOTOFAKT

 

 
İsmayıllı rayonunda yaşayan Əsgərovlar ailəsi qorxu içərisindədir. 3 fiziki qüsurlu övladı və xəstə anasına baxan Əsgərov Namət Asif oğlunu bu çətin günlərdə daha da çətinə salan isə "Unibank" KB ASC-dir. Bankdan 3 dəfə ipoteka krediti götürən ƏSgərov Namət bu pula nə kurorta gedib, nə maşın alıb, nə də ev tikdirib. Yeni iş yerləri yaradıb, işsiz vətəndaşları da işlə təmin edib. Lakin bugün "Unibank" KB ASC vətəndaşa heç bir güzəşt tətbiq etməyərək, həmin iş yerlərinin bağlanmasına səbəb olur və vətəndaşı hətta krediti ödəyə bilməyəcəyi vəziyyətə gətirib çıxarıb.
 
"Unibank" KB ASC-dən ümumi məbləği 95 min dollar dəyərində ipoteka krediti götürdüyünü deyən Əsgərov Namət Asif oğlunun sözlərinə görə, həmin məbləğin 61 min dollarını (30 min dollar əsas məbləğ, 31 min dollar faiz olmaqla) ödəsə də, "Unibank" hələ də ondan 76 min dollar borcunu tələb edir.
 
Şikayətçinin sözlərinə görə, "Unibank" ASC ilə ipoteka müqaviləsi bağlayıb və qohumunun Sumqayıt şəhərindəki mənzilini ipotekaya qoymaqla həmin bankdan 30000(otuz min) ABŞ dolları kredit götürüb. Həmin bankla növbəti ipoteka müqaviləsi bağlayaraq öz fərdi yaşayış evini və həmin evin yerləşdiyi 0,06 hektar torpaq sahəsini "Unibank" ASC-də ipoteka qoymaqla 35000 (otuz beş min) ABŞ dolları kredit götürüb. Üçüncü müqavilə ilə bacısının yaşayış evini girov qoyaraq 30 min ABŞ dollar kredit götürüb.
 
N.Əsgərovun sözlərinə görə, götürdüyü kreditin 30000 (otuz min) ABŞ dollarını faizi ilə "Unibank" KB ASC ödəyib. Lakin bankla bağladığı həmin ipoteka müqaviləsi ləğv olunmayıb. Şikayətçi iddia edir ki, Sumqayıt şəhəri 14-cü məhəllədə qeydə alınmış daşınmaz əmlak barəsində bağlanmış ipoteka müqaviləsi ləğv olunmalıdır.
Digər tərəfdən, N.Əsgərov bildirir ki, bank iddia edir ki, 76000 (yetmiş altı min) ABŞ dolları məbləğində "UNİBANK" ASC-yə borcu qalıb.
"Mən "UNİBANK" ASC ilə kredit müqaviləsi bağlayarkən dolların kursu 1 manat - 78 qəpik (yetmiş səkkiz) ABŞ dolları nisbətində idi , sonra Azərbaycan manatı iki dəfə devalvasiyaya məruz qaldı. Mən bugünki məzənnə ilə artıq kredit borcunu ödəmək iqtidarında deyiləm. Buna görə də "UNİBANK" ASC ilə bağladığım kredit müqaviləsinin şərtləri dəyişdirilməlidir. Müqavilə şərtlərinin dəyişdirilməsi elə müqavilədə də nəzərdə tutulub. 21 fevral 2015-ci il tarixdə manatın birinci develvasiyası zamanı manat təqribən 30 faiz dollar qarşısında ucuzlaşdı. Həmin tarixdən sonra mən ödənişləri 1.05 məzənnə ilə ödədim . Bununla artıq mən hər ödəmədə 30 faiz itirdim. 22 dekabr 2015-ci ildə Azərbaycan manatı dollar qarşısında yenidən, bu dəfə 50 faiz düşəcəyini ağlabatan şəkildə əvvəlcədən görə bilməzdik. Milli valyutamızın birdən –birə yüksək qaydada ucuzlaşması kredit borcunun ödənilməsində çətinliklər yaradıb. Buna görə də manatın yuksək faizlə ucuzlaşması "şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi" kimi qiymətləndirilməli və müqavilə şərtlərinə yenidən baxılmalı və həmin şərtlər dəyişdirilməlidir".
Sahibkarın sözlərinə görə, "Unibank" ASC –yə müraciət edərək aralarında bağlanmış kredit müqaviləsinin şərtlərinin dəyişdirilməsi barədə rəsmi yazılı təklif versə də, bank bu təklifə heç bir münasibət bildirməyib.
 
Nəsimi rayon Məhkəməsinə, sonra isə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verən vətəndaşın bu iddialarının heç biri təmin olunmayıb. N.Əsgərovun sözlərinə görə, hər iki məhkəməyə "UNİBANK" ASC ilə bağlanmış müqavilə şərtlərinin dəyişdirilməsini tələb kimi irəli sürsə də, məhkəmədəki hakimlər bankın xeyrinə qərar çıxarıb.
"Apellyasiya məhkəməsində işim gedən müddətdə Unibank mənə qarşı Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırıb. (girovlardan biri Sumqayıt şəhərində yerləşdiyi üçün). Unibank evdən çıxarılma, evin boşaldılması tələbini irəli sürüb. Çox güman ki, məhkəmə iddianı təmin edəcək və qohumlarımı da, bacımı da, bacımın ailəsini də ( digər girovum bacımgilin evidir), bizi də (üçüncü girovum öz evimdir) evdən çıxaracaq və 20 nəfər "qaçqın" çöllərdə qalacağıq", deyə N.Əsgərov bankın onun yaxınlarını da çarəsiz vəziyyətdə qoyduğunu bildirir.
 
"Mən kredit götürüb yeni iş yerləri yaratmışam. Bank da çox gözəl bilir ki, mən pulu təyinatı üzrə xərcləmişəm. Dəfələrlə gəlib obyektimdə olublar. 20 nəfərə yaxın insanı işlə təmin etmişdim. Lakin hal-hazırda obyektdə 7 nəfər çalışır. Demək olar ki, 3 dəfə azalma-ixtisar gedib. Buna məni vadar edən Unibank olub. Unibankın əməkdaşları hər kredit vaxtı başımın üstünü kəsdirərək borc tələb edəndə mən çıxış yolunu mağazanın içindəki malların hamısını satıb bankın ödənişini verməkdə görüdüm. Ödədim, vaxtlı-vaxtında ödənişləri edirdim. Hətta dollar 1.05 məzənnəyə qalxanda da mən ödəniş edirdim. Hətta ailəmizə məxsus maşınımızı da satıb 10000 dollar ödəniş elədim. Lakin bugün bank mənə heç bir güzəşt tətbiq eləmir. Mən demirəm ki, ödəniş etmirəm, demirəm ki, Məhkəmələr mənim borcumu silsin – mən qanun, dövlət sevən insanam. Bunun mümkünsüz olduğunu bilirəm. Sadəcə imkan daxilində güzəşt tətbiq edilməsini xahiş edirəm"
 
Bütün çarələrinin tükəndiyini deyən Əsgərovlar ailəsi cənab Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciət ünvanlayıb.

Загрузка...
Загрузка...