İsmayil Vəliyevın mənimsədiyi –MİLYONLAR

Neftçala rayonunun sosial -iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 12 iyul 2012-ci il tarixli 2276 saylı sərəncamı ilə rayonun 11 yaşayış məntəqəsini əhatə edən Şorsulu-Xolqarabucaq-Xəzərkənd avtomobil yolunun inşasına 5 milyon vəsait ayrılmışdır.2012-ci ildə inşa olunmuş bu yolun tikintisini icra başçısına məxsus şirkət "tacik Yunus"adlı şəxs həyata keçirmişdir.Yol tikintisi işləri yol tikintisi normaları və tikinti qaydalarına əsasən aparılmışdır.Bu gün həmən yol dağılır, asfalt örtüyündə çatlar, böyük çuxurlar əmələ gəlib. Xüsusilə yolun Xolqarabucaq, Xəzər kənd hissələrində asfaltı çınqılla bərkidilmədən birbaşa şor torpağın üstünə vurulmuşdur. Digər tərəfdən yolun bəzi hissələrində sovetlər dövründə tökülmüş çınqılları siyirib götürərək yaxınlığında iş adamına nohur təsərrüfatı maşını 50 manatdan satmışlar.Buna Xol ərazisində bir qurup vətəndaşlar da vaxtilə etiraz etmişdir, amma həmən insanları müxtəlif yollarla təsir edərək susdurmuşlar.Bu yolla ölkə başçısının yol tikintisinə ayırdığı milyon manatlarla vəsait mənimsənilmişdir.Maraqlı cəhət odur ki, 2014-ci ildə hesablama palatası yolda olan qeyd etdiyimiz külli miqdarda vəsaitin mənimsənilməsi faktını təsdiq etmişdir. Məmurun murdar tamahı ucbatından indi həmən yol dağılır,minlərlə insanlar yenidən əzab əziyyətə düçar olur. 2013 -ci ildə dekabr ayının 10-da Neftçala şəhərinin 20 yanvar küçəsində icra başçısına məxsus şirkət tərəfindən yolun asfalt qatı siyrılıb-qaşınaraq təkrar həmən qat asfalt zavoduna cüzi qatışıqlar əlavə  edilərək isti asfalt halına gətirilmiş , həmən asfalt  yenicə yağmış qarın üstünə 20 yanvar küçəsində olan 2 işiqforun arasındakı yola vurulmuşdur.Belə tələm-tələsiklə asfalt vurmaqla büdcədən ilin sonuna ayrılmış 2 milyon vəsait mənimsənilmişdir.Təbii ki, vurulmuş asfaltın ömrü uzun ola bilməzdi.2015 -ci ildə rayonun şəhər, kənd və qəsəbələri də daxil olmaqla yol təmirinə 400 min manat vəsait ayrılmışdır.Həmən vəsait də yenidən Neftçala şəhəri 20 yanvar küçəsinə həmən yolun bir hissəsinə və digər hissəsi Nizami küçəsinə cüzi hissəsi sərf olundu,qalan hissəsi də mənimsənildi.Çəkdiyimiz misallar necə deyərlər "aysberq "in görünən hissəsidir. Faktlar onu göstərir ki, rayonun yollarında, şəhərdaxili, qəsəbədaxili yollarda büdcədən ayrılan vəsaitlər tam mənimsənilir, yollarda, demək olar heç bir iş görülmür, əhali də haqlı olaraq narazılığını bildirir. Ümumiyyətlə son beş ildə rayondakı talançılığı belə ardıcıllıqla düzmək olar:
1)Hər il dövlət büdcəsindən əlillərə, ailə vəziyyəti çətin durumda olan ailələrə, insanlara maddi köməklik üçün dövlət büdcəsindən Neftçala rayon icra hakimiyyətinə 80-90 min manat vəsait ayrılır.Bu vəsaitə tonlarla ölçülən ərzaq, un ,kərə yağı, qənd, şəkər tozu, düyü, çay və sair alınmalı və həmən qrup insanlara verilməsi nəzərdə tutulub. Saxta qaimələr, sənədlər tərtib olunur, guya həmən ərzaqlar əhaliyə paylanılıb kimi göstərilir. Beləliklə son 5 ildə İH-dən 500 min manata yaxın  vəsait mənimsənilmişdir.Maraqlı cəhət odur ki, yardımların büdcədən ayrılması ilə eyni dövürdə İcra başçısı İsmayıl Vəliyev 2011-2012 ci ildə Neftçala şəhərində şəxsi özü üçün yeni bazar  kompleksi tikdirib, 2013-ci ildə "Neftçala taxıl"ASC özəlləşdirib və burda çörək sexi tikdirib.2014-2015 ci ildə Avtobazanın torpaq sahəsini zəbt edib özü üçün Avtobazanın balansında olan böyük bir restoran binasını zəbt edib "Avtoturist"restoran kompleksi tikdirmişdir.