​İslamdan üz döndərərək xristianlığı mədh edən gənc xərçəngdən öldü- İbrətamiz

 
 
Pəhrizkar İsa peyğəmbəri “Allahın oğlu” kimi təbliğ edən bu gənc həddindən artıq çox yeyərmiş...
 
Amerikada İslamdan üz döndərərək xristianlığı qəbul etmiş gənc xərçəng xəstəliyinə düçar olaraq dünyasını dəyişdi. 
 
Moderator.az “Vaşinqton Post” nəşrinə istinadla yazır ki, söhbət  İndoneziya əsilli  keçmiş müsəlman Nabil Kureşidən gedir. Müsəlman ailəsində böyüyən və ibadətlə məşğul olan, Quran oxuyan Nabil kollecdə təhsil alarkən Devid adlı xristian bir gənclə tanışlıqdan sonra birdən-birə İslamdan üz döndərərək xristianlığı qəbul edib. O, guya 3 yuxu gördüyünü və həmin yuxular vasitəsilə Allahın ona doğru yol göstərdiyini, İsa peyğəmbərlə görüşdüyünü iddia edirdi.  Bundan sonra Nabil müsəlmanlıqdan xristianlığa dönməni təbliğ edən qızğın təbliğatçıya, məddaha çevrilir. Onu bir sıra beynəlxalq xristian təşkilatları və İslama düşmən güclər  fəal şəkildə dəstəkləyərək bütün dünyada məşhurlaşdırmağa başlayır. Nabil xristian missioneri kimi ABŞ-da və digər ölkələrdə İslamın zorakılıq, terror dini olması, “İŞİD” kimi terrorçu qruplaşmaların bilavasitə gerçək müsəlmanlığın bəhrəsi olması haqda mühazirələr oxuyur, diskussiyalarda iştirak edir, kitablar yazır. Onun kitablarından biri belə adlanır:”Allahı axtarırdım, İsanı tapdım”.  Nabil yanlış xristianlıqda təbliğ edildiyi kimi, İsa peyğəmbəri Allahın oğlu(əstəğfirullah) kimi tanıyır.
 
 
 
Təxminən  bir il öncə İslamdan üz döndərmiş gəncin mədəsində xərçəng aşkarlanıb. Nabil səngimək bilməyən dəhşətli ağrılardan sonra ötən şənbə vəfat edib.
 
Nabilin dostları danışırlar ki, pəhrizkar peyğəmbər İsanın yoluyla getdiyini iddia edən bu adam nəfsinə hakimlik edə bilməyərək dəhşətli dərəcədə çox yeyərmiş.  Hətta tanışları yarızarafat-yarıgerçək deyərmişlər ki, yeməkanada Nabilin arxasınca növbəyə durmayın, onsuz da bir şey qalmayacaq.   Gözlənilmədən 34 yaşlı gəncin iştahı kəsilməyə başlayır. Həkimlər Nabilin mədəsində  artıq 4-cü mərhələdə olan və qaraciyərə metastaz vermiş xərçəng şişi aşkar edirlər. Onun mədəsinin əməliyyat olunaraq çıxarılması da fayda vermir...
 
Sultan Laçın

Загрузка...
Загрузка...