“İslam Kərimov dəqiq ölüb”- mənbə danışdı

 
Özbəkistan prezidenti İslam Kərimov ictimaiyyət qarşısına çıxarılmalıdır.
 
Publika.az xəbər verir ki, bu barədə “Fərqanə” agentliyinin baş redaktoru Daniil Kislov deyib.
 
Onun sözlərinə görə, “Fərqanə” agentliyi İslam Kərimovun öldüyü haqda dərc etdiyi informasiyaların dəqiqliyinə cavabdehdir: “Lakin ölkə rəhbərliyi susmamalıdır. Mən Özbəkistan hökumətinə, rəsmi qurumlara təklif edirəm ki, prezidentin mətbuat xidməti onun xəstəliyi haqda tibbi məlumatı dərc etsin, yaxud xəstəxanada sağ olduğu göstərilsin”.
 
Qeyd edək ki, dünən axşam saatlarında “Fərqanə” agentliyi 78 yaşlı İslam Kərimovun öldüyü haqda məlumat dərc etmişdi. Lakin Özbəkistan Prezidentinin Aparatı bu məlumatı təkzib etdi. 
 
İslam Kərimov üç gün öncə axşam saatlarında insult keçirərək, xəstəxanaya yerləşdirilib. Onun halı milli olimpiya yığmasının “RİO-2016”-da qələbəsinə həsr olunmuş mərasimdə pisləşib.
 
Mənbələrin məlumatına görə, Kərimovun idmançıların qələbələrinə sevinərək, həddindən artıq spirtli içki qəbul etdiyi üçün insult keçirdiyi deyilir. Rəsmi məlumata görə, hazırda Kərimov reanimasiyadadır.