​İslam İsveçrədə rəsmi din ola bilər

 
İslamın İsveçrədə rəsmi din olması təklif edilir.
 
Azvision.az-ın xəbərinə görə, belə bir təkliflə İsveçrə Sosial Demokrat Partiyasının lideri Kristian Levrat çıxış edib.
 
O, qeyd edib ki, İsveçrəyə xas İslamın olması müzakirə olunmalııdr: “İslam rəsmi din olaraq qəbul olunarsa, dindarların təhsil alması və maliyyələşməsi İsveçrə tərəfindən təmin ediləcək. Ümumiyyətlə İsveçrəyə xas bir İslam dini ola bilərmi? Hesab edirəm ki, bu barədə müzakirələr aparmalıyıq”.
 
K.Levratın açıqlamasından sonra ölkənin iri tirajlı qəzetləri “İsveçrədə İslam rəsmi din olmalıdırmı” anket-sorğu keçirməyə başlayıblar.