“İşığın və qazın qiymətinin qaldırılması prezidentin siyasətinə ziddir” - Fəzail Ağamalı

 
 
Tarif Şurasının elektrik enerjisi və qazın qiymətinin qaldırılması ilə bağlı verdiyi qərar ölkə başçısının qeyri-neft sektoru, kənd təsərrüfatı sahəsisnin inkişafı ilə bağlı həayat keçridiyi siyasətlə uyğunluq təşkil etmir
 
Turaninfo.Az gununsesi.info-ya istinadən xəbər verir ki, bunu millət vəkili Fəzail Ağamalı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Bynəlxalq münasibətlər və parlamentlərarası, İnsan hüquqları, Regional məsələlər, İdman və gənclər komitəsinin birgə iclasında növbəti ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
 
Onun sözlərinə görə, bu xüsusən tərəvəzçilik sahəsində çalışan sahibkarlara ağır zərbə vuracaq. “Əgər bu gün istixana işlərən sahibkar ayda 25 min manat vəsait xərcləyirdisə, bundan sonra 50 min manat ödəməli olacaq. Digər məqam isə ondan ibarətdir ki, xaricdən gətirilən gübrələrə tərəvəzçiliklə və istixana işlədən sahibkarlara güzəşt yoxdur. Buda bir neçə dəfə qalxıb. Bu istər istəməz tərəvəzçilik ahəsində çalışanlar üçün ciddi problem yaradacaq və biz bunu hiss edəcəyik. Çünki bu sahə ölkəyə milyonlarla valyuta gətirirdi və bu sahənin inkiaşfına ciddi əngəl törədəcək”- deyə, millət vəkili vurğulayıb.
 
Deputat təklif edib ki, Tarif Şurası heç olmasa vətəəndaşlata nəzərdə tutulan kvotanı artımalıdır. “Heç olmasa elektrik enerjisi ilə bağlı kvota 500 kv/saata, qaz isə 1500 kubmetrdən 3000 kubmetrə qaldırılmalıdır. Çünki aryonlardas insanlar evlərini ya qazla ya da elektirk enerjisi ilə soyuqdan qoruyur. Buda digər məqam ondan ibarətdir ki, Bakı və digər şəhərlərdə vahid istilik sistemi olmadığından bu şəhər sakinlaərinə də təsir edəcək. Bu məsələy yenidən baxılmalıdır”- deyə, o bildirib.

Загрузка...
Загрузка...