​İŞİD üzvü: “Mənə 100 il cəza verin, amma ölkəmə göndərməyin”

 
Türkiyənin Bursa şəhərində İŞİD terror təşkilatının üzvü, Mərakeş əsilli 42 yaşlı Mimoun Bateoui mühakimə edilib.
 
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə Bursa Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbəsi fevral ayında Belçikadan İŞİD-ə qoşulmaq üçün Bursaya gələn Mimoun Bateouini nəzarətə alıb. Onun sib telefonunda İŞİD-in təbliğatını ehtiva edən görüntülər aşkarlanıb.
 
Məhkəmə zamanı Mimoun Bateoui məhkəmə heyətinə yalvararaq "Məni Mərakeşə göndərməyin. Əks halda özümü öldürərəm. Türkiyədən sığınınacaq tələb edirəm. Mənə 100 il cəza verin, amma ölkəmə göndərməyin, orda məni edam edərlər" deyib.
 
Məhkəmə heyəti toplanan dəlillər əsasında Mimoun Bateouiyə "Terror təşkilat üzvü olmaq" ittihamı üzrə 6 il 3 ay, "Terror təşkilatını təbliğ etmək" ittihamı üzrə 2.5 il olmaqla cəmi 8 il 9 ay həbs cəzası verib.