​İŞİD-in uşaq cəlladları kürd əsirləri edam etdi - VİDEO (18+)

 
İŞİD terror təşkilatı Suriyada əsirlikdə olanları edam edən beş uşaqla bağlı video yayıb.
 
Publika.az xəbər verir ki, edamı həyata keçirən uşaqlardan biri ingilisdir.
 
İngilis mediasında yayılan məlumata görə, edamda iştirak edən ingilis uşağın videoda müsəlman adı Əbu Abdullah əl Britanidir. İngilis olduğu deyilən uşağın şəxsiyyəti araşdırılır.
 
Digər uşaqların adlarının da Əbu İşaq əl Masri (misirli), Əbu Fuad əl Kürdü (kürd), Yusuf əl Uzbeki (özbək) olduğu bildirilir.