İŞİD terrorçuları İraq ordusuna qəfil hücum edib.

Turaninfo.az  xəbər verir ki, 5 kamikadzenin bomba yüklü avtomobillərlə reallaşdırdığı hücum zamanı ordunun 6 zabiti həlak olub.
 Hücumu törədən İŞİD üzvlərindən birinin Fransa vətəndaşı olduğu bildirilir.
 Hücumun ardından 25 terrorçu nəzarət nöqtəsinə basqın edib. 5 saatlıq qarşıdurma zamanı bütün terrorçular məhv edilib.