İŞİD Suriyanı qana boyadı: 100 ölü

Suriyada bu gün baş verən partlayışda həlak olanların sayı 100-ü keçib.
Turaninfo.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayışlar Cəbl və Tarsus şəhərlərində törədilib. Cəbl şəhərində yerli avtovağzal binası ilə dövlət enerji şirkətinin arasında baş verən ilk kamikadze hücumundan sonra, şəhərin girişində daha bir kamikadze özünü partladıb.
Daha sonra isə şəhər xəstəxanasının binasında partlayışın baş verdiyi bildirilir. Bir qədər sonra ölkənin ikinci ən böyük liman şəhəri Tarsusda avtovağzal və yanacaqdoldurma məntəqəsi partladılıb.
“Son məlumatlara görə 100-dən artıq insan həlak olub.
Cəbl və Tarsus xəstəxanalarında çox sayda ağır yaralı var”.
Partlayışlara görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.