İŞİD-in sirr qutusunun yeri bilindi - "Tək qol"

İstanbulun Atatürk Hava Limanında törədilən terror aktını planlaşdırmaqda şübhəli bilinən çeçen terrorçusu Əhməd Çatayevin olduğu yer müəyyənləşdirilib.
 Publika.az xəbər verir ki, Çatayev İraqın Mosul vilayətinin Tel-Afer bölgəsində gizlənir.
 İstanbulun hər nöqtəsini ovcunun içi kimi yaxşı tanıyan və illərlə Avropa-Türkiyə-Gürcüstan üçbucağında Qafqaz Əmirliyi (İmarat Qafqaz) üçün işləyən Əhməd Çatayev 2014-cü ildə qəflətən İŞİD-ə qatılıb. “Qafqaz Əmirliyi”nin İnquşetiya üzrə nümayəndəsi Səid də onunla birlikdə İŞİD-ə qoşulub.
 Çatayev İŞİD-ə qoşulduqdan sonra İraq bölgəsində olan qafqazlı döyüşçülərlə işləyib. O, əlaqələrindən istifadə edərək bir çox təcrübəli çeçen döyüşçünü də İŞİD-ə cəlb edib. Təxminən 200 nəfərlik təcrübəli çeçen qrupuna komandanlıq edən Əhməd Çatayevin Mosulun Tel-Afer bölgəsində olduğu təxmin edilir. Eyni zamanda ciddi kəşfiyyat əlaqələrinə sahib olan Əhməd Çatayev rus dilindən başqa ərəb və alman dillərini bilir.
 “Tək qol” ləqəbli Çatayev İŞİD-in sirr qutularından biri hesab olunur.