İŞİD əsir götürdüyü Rusiya hərbçilərinin görüntülərini yaydı - VİDEO

 
İŞİD terror qruplaşması əsir götürdüyü Rusiya hərbi qulluqçularının təsvir olunduğu videonu yayıb.
Publika.az xəbər verir ki, terrorçuların fəaliyyətinin monitorinqi ilə məşğul olan “Directorate 4 Telegram” kanalı videoçarxın İŞİD-in nəzarətində olan “Amaq” agentliyi tərəfindən dərc edildiyini bildirib.
Videoçarxda böyük saqqalı olan iki nəfərdən biri Roman Vasiliy kimi təqdim edilir. 1979-cu il təvəllüdlü rusiyalı Rostov vilayətinin Aksayski rayonunun sakini olduğunu bildirir. O, qeyd edir ki, Suriyanın Şulya qəsəbəsi ətrafında İŞİD-in əks-hücumu zamanı əsir götürülüb.
Roman Vasiliy onun yanındakı Rusiya hərbçisinin adının Qriqori Surkanov olduğunu bildirir. Surkanovun bütün çəkiliş ərzində susduğu görünür.
Hər iki rusiyalının döyüşdüyü gözə çarpır.
Ömər Dağlı

Загрузка...
Загрузка...