İŞİD silah verdi, uşaqlar edam etdi

İraqın Ninova şəhərində beş nəfərin edam edildiyi anın görüntüləri görənləri  dəhşətə gətirib.
Musavat.com xəbər verir ki, videogörüntülərdə xalqı meydana toplayan İŞİD terror qruplaşmasının  üzvləri, edamı həyata keçirtmək üçün könüllü olanların əl qaldırmasını istəyib.
Aralarında uşaqların da olduğu beş nəfər isə bu edamı reallaşdırmaq üçün könüllü olub.
Terrorçulardan silahları alan uşaqların sevinci görənləri dəhşətə gətirib. Uşaqlar tamaşa edən insanların alqışı və şüarları altında əsirləri güllə ilə vuraraq öldürüb.