İŞİD Qərb ölkələrini yeni terrorla hədələdi

İŞİD Qərb ölkələrini yeni terrorla hədələdiİŞİD terror qruplaşması antiterror koalisiyasında iştirak edən Qərb ölkələrini yeni və “daha dəhşətli terror aktları” törədəcəyi ilə hədələyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə SITE monitorinq qrupunun məlumatında bildirilir.
Qeyd edək ki, Brüssel aeroportu və metropolitenində törədilən silsilə terror aktları nəticəsində 34 nəfər ölüb, 230 nəfər yaralanıb. İŞİD terror qruplaşması terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb.