İŞİD-ə qoşulan ingilis rokçu təhdid etdi: Yerinizdə olsam, metrodan istifadə etmərəm

İngilis rokçu Salla Cons Londonda terror törədəcəyini bildirib.
Axar.az xəbər verir ki, İŞİD-ə qoşulan “Terror xanım” ləqəbli rokçu Tvitter sosial şəbəkəsində Londonda bomba partladacağı ilə bağlı paylaşım edib.
Bir müddət əvvəl Tvitterdə “Hamınızın başını küt bıçaqla kəsəcəyəm” yazan Cons dünən dünyanı, xüsusən İngiltərəni dəhşətə gətirən paylaşımı yayımlayıb:
“Sizin yerinizdə olsam, iyunda Londonun mərkəzinə getmərəm. Əslində, heç iyulda da getmərəm. Əsas da metrodan istifadə etmərəm”.
Qeyd edək ki, 52 yaşlı Salla Cons dinini dəyişərək müsəlman olub, daha sonra isə İŞİD-ə qoşulub.