İŞİD-in paytaxtı Belçika - FOTO

Ötən gün Belçikada terror törədən İŞİD-lə bağlı maraqlı xəritə yayılıb.
Turaninfo.az Axar.az-a istinadən xəbər verir ki, "İndependent" qəzetinin yaydığı xəritədə hansı ölkədə nə qədər İŞİD terrorçusunun olduğu barədə məlumatlar yer alıb.
 Qəzetin xəbərinə görə, Avropada ən çox İŞİD-çinin olduğu ölkələrin sırasında AB və NATO-nun paytaxtı hesab edilən Belçika da var. Bu ölkədə 40 İŞİD-çinin gizləndiyi bildirilir.
 Belçikanı daha sonra İsveç, Danimarka və Fransa izləyir.
 Qeyd edək ki, İŞİD ötən gün Brüssel hava limanında və şəhərin iki metrostansiyasında terror aktı törədib.