​İŞİD lideri öldürüldü: terrorçular 19 neft yatağına od vurdu

 
İraq ordusu oktyabrın 17-də başladığı Mosul əməliyyatlarını davam etdirir.
 
Turaninfo.az  xarici mediaya istinadən xəbər verir ki, hücum zamanı İŞİD-in bölgə lideri Əbu Həmzə Hamam-əl-Alil rayonunda öldürülüb. Məlumatı İraq rəsmiləri təsdiq edib.
 
Bu arada, terrorçular Mosulda geri çəkildikləri ərazilərdə neft yataqlarına od vururlar. Məlumatlara görə, artıq 19 neft yatağında güclü yanğın başlayıb. Yanğınlar İraq ordusuna Mosul əməliyyatlarında bəzi çətinliklər yaradıb.