​İŞİD-lə vuruşarkən cəbhə xəttlərini əhatə edən azan və namazın könülləri oxşayan səsi

 
Ayətullah Sistani İraq qüvvələrinə verdiyi tövsiyə: Vacib namazları qılmaqda qəflətə düşməyin, çünki müsəlmanın Allah dərgahında namazdan daha gözəl bir əməli yoxdur. Namaz ədəbdir ki, insan yaradanı qarşısında onu riayət etməlidir.
İslaminsesi-nin ABNA-ya istinadla verdiyi məlumata görə, İraqlı əsgərlər Mosul şəhərini İŞİD terror qrulaşmasının işğalından azad etmək üçün apardıqları geniş hərbi fəaliyyətlər zamanı dini vacibatlarını da unutmur və onları vaxtında yerinə yetirirlər.
 
Namaz İraqlı mücahidlərin döyüş cəbhəsindəki qələbələrinin ən mühüm əsaslarındandır. İslam aləminin böyüş alimlərindən olan mərcəyi təqdlid Ayətullah Sistani iraqlı döyüşçülərə verdiyi tövsiyələrində namazın dinin dirəyi və əməllərin qəbulunun ölçüsü olduğunu buyurub.
 
İraqlı əsgərlər İŞİD-ə qarşı döyüşərkən eyni zamanda namaz qılır, boş vaxtlarını Quran oxumaqla keçirir və daim yaradanla niyaz edib əlaqələrini gücləndirirlər.